EN

Ukrayna Kupyansk şəhərindən Rusiya ordusunu çıxarmağa hazırlaşır

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya ordusundan Xarkov vilayətinin Kupyansk şəhərinin son təmizlənməsi tarixləri artıq müəyyən edilib."Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 3-də kabinetində bir qrup jurnalistlə görüşündə bildirib."Kupyanskda 60-a qədər rus hərbçisi qalır. Təmizləmə əməliyyatı davam edir. Hər şeyi təmizləyəcəyik. Əslində, tarixlər müəyyən edilib. Onlar Qərargahda müzakirə olunub. Hələlik detallarını paylaşmayacağıq", - deyən Ukrayna Prezidenti Kupyanskda vəziyyət barədə başqa məlumat verməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
35
2
demokrat.az

3Sources