EN

Kaxaber Sxadadze: “Neçə oyundur ki, bəxtimiz gətirmir”

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Masazırda baş tutmuş oyun “Qəbələ”nin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Kaxaber Sxadadze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularıma təşəkkür edirəm. Bu gün yaxşı oyun göstərdik. Artıq neçənci oyundur ki, bəxtimiz gətirmir. Bir çox matçlarda belə olub. Əminəm ki, qarşıdakı oyunlarda bəxt də bizim tərəfimizdə olacaq. Birinci hissədə yaxşı oyun göstərdik. Standart vəziyyət zamanı buraxdığımız bir səhv qolla nəticələndi. İkinci hissədə futbolçular daha yaxşı xarakter göstərdilər. Bəlkə də, bu əzmkarlığı ilk hissənin əvvəllərində etsəydik, nəticə başqa cür ola bilərdi. Əlimizə düşən qol imkanlarından istifadə edə bilmədik. İkinci hissədə bir qədər irəlidə çoxaldıqca rəqibin də əks hücumları oldu. Hansı ki, bu da normal haldır. Futbolçularıma bir daha təşəkkür edirəm. Əgər oyun olmasa, başqa cür düşünə bilərik. Lakin görürük ki, oyun var. Buna görə də, əminəm ki, nəticə mütləq gələcək. Sonda “Sabah” komandasını qələbə münasibətilə təbrik edirəm”.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
45
1
arena.az

2Sources