Ermənistan prezidenti Vaaqn Xaçaturyan İkinci Dünya Sosial İnkişaf Sammitində iştirak etmək üçün Qətərə səfər edib.
News365.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, tədbir 4-6 noyabr tarixlərində Dohada keçiriləcək.
BMT-nin ev sahibliyi etdiyi sammitin məqsədi 2030-cu il Dayanıqlı İnkişaf Məqsədlərinə çatmağı sürətləndirmək üçün yoxsulluq, bərabərsizlik və sosial təcridlə mübarizə aparmaq, layiqli əməyi təşviq etmək və sosial ədaləti gücləndirmək üçün beynəlxalq səyləri stimullaşdırmaqdır.