EN

“Chery” yeniyetmələrin olduğu motosikletlə toqquşdu: 2 məktəbli ağır yaralandı VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qayda pozan sürücü ağır yol qəzasına səbəb olub. Avtosfer.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində baş verən hadisənin kadrları kameraya düşüb.

Belə ki, 46 yaşlı sürücü idarə etdiyi “Chery Tiggo” markalı avtomobillə manevr edən zaman qarşı yoldan sürətlə gələn 16 yaşlı yeniyetmənin idarə etdiyi motosikletlə toqquşub.

Zərbənin təsirindən motosikletçi və onun 12 yaşlı sərnişini bir neçə metrə havada uçaraq asfalta çırpılıblar.

Qəza nəticəsində yeniyetmələr ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

Sözügedən hadisənin anbaan görüntülərini təqdim edirik:

Namiq Musayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
62
avtosfer.az

1Sources