BAKI, 3 noyabr. TELEQRAF
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Kristianu Ronaldu argentinalı Lionel Messi ilə müqayisələrə münasibət bildirib.
Teleqraf xəbər verir ki, bu yaxınlarda İngiltərə yığmasının əfsanəvi oyunçusu Ueyn Runi Messini Ronaldudan daha yaxşı hesab etdiyini açıqlamışdı.
Portuqaliyalı ulduz məşhur jurnalist Pirs Morqana verdiyi müsahibədə bu müqayisəyə toxunub.
“Messinin məndən daha yaxşı olması ilə razı deyiləm. Təvazökarlıq etməyəcəyəm, sadəcə olaraq, bununla razı deyiləm”, – deyə Ronaldu bildirib.