EN

Aleksey İsayev: “Nə hiss etdiyimi sözlə ifadə edə bilmirəm” - VİDEO

“Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayev uzunmüddətli zədədən sonra meydana qayıtması ilə bağlı fikirlərini bölüşüb.

İdman.Biz-in məlumatına görə, oyunçu yenidən özünü evdəki kimi hiss etdiyini və güclü emosiyalar keçirdiyini etiraf edib.

“Evə qayıtdım. Özümü əla hiss edirəm, etimad üçün çox sağ olsunlar. Son altı ay çətin keçdi, ciddi zədədən sonra çətin bir yol keçməli oldum. Şükür, sağaldım. Çox xoşbəxtəm, nə hiss etdiyimi sözlə ifadə edə bilmirəm. Hər kəsə təşəkkür edirəm. Adlarını çəkməyəcəm, kimə təşəkkür etdiyimi bilirlər”, - deyə futbolçu klubun mətbuat xidmətinə bildirib.

Yarımmüdafiəçi həmçinin azarkeşlərə təşəkkür edib: “Azarkeşlərə çox təşəkkür edirəm. Stadiona gəlin, sizin üçün əlimizdən gələni edəcəyik və sizi sevindirəcəyik”.

Qeyd edək ki, Aleksey İsayev ötən mövsüm “Qarabağ” komandasında oynayıb.

İdman.Biz

Chosen
54
1
idman.biz

2Sources