EN

Parisdə daha bir səs küylü oğurluq...

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Parisdə "Svarovski" mağazasından 200 min avro dəyərində bəzək əşyaları və saatlar oğurlanıb.

Axar.az xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.

Bildirilib ki, zərgərlik mağazasında siqnalizasiya işə düşməyib və müşahidə kameraları oğurluq faktını qeydə almayıb.

Hadisə yalnız səhər mağaza açılarkən məlum olub. Mağazanın işçisi qapının qırıldığını və vitrinlərin sındığını görüb.

Xatırladaq ki, oktyabrın 19-da Parisdə Luvr muzeyində böyük əks-səda doğurmuş soyğunçuluq baş vermişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
33
axar.az

1Sources