"Barselona” rəhbərliyi Lamin Yamalın istirahət etməsini istəyir.
Offsideplus.az xəbər verir ki, rəhbərlik hesab edir ki, Lamin Yamal daha çox istirahət etməlidir ki, pubalgiya (qasıq əzələsi iltihabı) tam sağalsın və zədənin təkrarlanmasının qarşısı alınsın.
Klubdakı mənbələrə görə, rəhbərlik bu qərardan əmindir və Yamalın da vəziyyəti anlayışla qarşılayacağına inanır.
Gənc futbolçunun əsas məqsədi mümkün qədər tez bir zamanda ən yaxşı formaya qayıtmaqdır.