ain.az, 525.az saytına istinadən bildirir.
İtaliyada məşhur Torre-dei-Konti qülləsində dünən gün ərzində 2 qəza baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, yenidənqurma işləri aparılan qüllənin bir hissəsi səhər saatlarında uçub.
Uçqun altında 4 işçi qalıb. Onlardan birinin vəziyyəti ağırdır. Az sonra hadisə yenidən təkrarlanıb, ətrafı qatı toz-duman basıb. Polis ətraf yolları nəqliyyat və piyadalar üçün bağlayıb. Qəzanın fəsadları aradan qaldırılır.
Qeyd edək ki, Torre-dei-Konti və ya sadəcə Konti qülləsi 9-cu əsrin ortalarında Ananya qrafı Petro dei Konti tərəfindən inşa olunub.
L.Tağıyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.