Serbiya Prezidenti Aleksandar Vuçiç ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyini açıqlayıb.
APA xəbər verir ki, bu barədə “Srbija Danas” nəşri yayıb.
Vuçiç bildirib ki, seçkilər hazırkı parlamentin səlahiyyət müddətinin başa çatmasından — 2027-ci ilin dekabrından əvvəl keçiriləcək:
“Ölkəmizdə azlıq təşkil etsə də, etiraz edən və blokada aksiyaları keçirən qrupların tələblərini nəzərə alaraq, biz onlara doğru addım atırıq. Seçkilər növbədənkənar keçiriləcək.”