Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda 4,3 bal gücündə zəlzələ qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarəedilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələnin episentri yerin təxminən 4,9 kilometr dərinliyində olub.
Təkanlar İstanbul və İzmirdə də hiss edilib.