EN

Çin 40 dan çox ölkə vətəndaşları üçün vizasız rejimi uzadıb

Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Çin 40-dan çox ölkənin vətəndaşları üçün tətbiq etdiyi birtərəfli vizasız rejimin müddətini 2026-cı ilin 31 dekabrınadək uzadıb.

Teleqraf xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Vizasız rejim Fransa, Almaniya, İtaliya, Niderland, İspaniya, İsveçrə, İrlandiya və Macarıstan kimi ölkələrin adi pasport sahiblərinə şamil olunur. Bu vətəndaşlar turizm, işgüzar səfər, dost və qohum ziyarəti, mədəni mübadilə və ya tranzit məqsədilə Çinə vizasız daxil ola biləcəklər.

Bildirilir ki, bu ölkələr üçün vizasız rejimin müddəti bu ilin sonunda başa çatmalı idi, lakin 2026-cı ilin sonuna kimi uzadılıb. Yenilənmiş siyahıya əlavə olaraq İsveç də daxil edilib. İsveç vətəndaşları da 2025-ci il noyabrın 10-dan etibarən 2026-cı ilin sonunadək Çinə vizasız səfər edə biləcəklər.

Vətəndaşların vizasız Çində qalma müddəti 30 günədək müəyyən edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
39
2
sherg.az

3Sources