EN

ABŞ bu ölkədə əməliyyat hazırlayır -

ABŞ Prezidenti Donald Trampın Meksikadakı kartellərə qarşı yeni əməliyyat hazırladığı iddia olunur.

 

Bu barədə "NBC News" məlumat yayıb.

 

Qeyd olunur ki, bu məqsədlə təlimlər başlayıb və prosesə quru əməliyyatları da daxil ediləcək.

 

Həmçinin bildirilib ki, ABŞ əməliyyatın bir hissəsi olaraq Meksikadakı narkotik laboratoriyalarını da hədəf alan pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar həyata keçirməyi planlaşdırır.

 

Əməliyyatda Birgə Xüsusi Əməliyyatlar Komandanlığı və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi qüvvələrinin də iştirak edəcəyinin planlaşdırıldığı qeyd olunub.

 

Məlumata görə, əməliyyatın əhatə dairəsi ilə bağlı müzakirələr davam edir və hələlik yekun qərar verilməyib.

Chosen
11
1
senzor.az

2Sources