ABŞ Prezidenti Donald Trampın fəaliyyətini dəstəkləyən amerikalıların faizi 37-yə enib.
Â
Bu barədə CNN telekanalı SSRS tədqiqat xidməti ilə birgə apardığı sorğuya istinadən məlumat yayıb.
Â
Məlumata görə, 37 faiz göstəricisi Trampın ikinci prezidentlik dövründəki ən aşağı reytinqidir.
Â
Sorğunun nəticələrinə əsasən, respondentlərin 63 faizi Trampın fəaliyyətini bəyənmir.
Â
Bu da onun hər iki prezidentlik müddəti ərzində ən yüksək narazılıq göstəricisidir.