EN

Maştağa sakinini qətlə yetirən şəxsə hökm oxundu - FOTO

Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində qətl törədən Rəşid Babayevin məhkəməsi başa çatıb.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunaraq doqquz il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə 2024-cü ilin mayında Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib.
 

Qəsəbə sakini, 1974-cü il təvəllüdlü Roman Əsgərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib və orada da həyatını itirib.


Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əsgərovu qətlə yetirməkdə şübhəli bilinən, 1966-cı il təvəllüdlü, həmin qəsəbənin sakini, narkotiklərlə əlaqəli cinayətlərə görə əvvəllər məhkum olunmuş Rəşid Babayev saxlanılıb.



Chosen
10
1
paralel.az

5Sources