EN

“N” hərbi hissənin yaranması günü qeyd olunub (FOTO)

Bakı. Trend:

2023-cü ilin tədbirlər planına müvafiq olaraq “N” hərbi hissəninyaranmasının 2-ci ildönümü günü münasibətilə tədbir keçirilib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Vətənimizinmüstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsibir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının DövlətHimni səsləndirilib.

Tədbirdə hərbi hissənin yaranması və döyüş yolu barədəiştirakçılara məlumat verilərək qeyd edilib ki, hərbi hissəyarandığı gündən torpaqlarımızın ərazi bütövlüyü uğrunda daimrəşadətlə vuruşub. Vətənimizin müdafiəsi zamanı qarşıya qoyulantapşırıqların öhdəsindən layiqincə gəldiklərinə görə hərbi hissəninonlarla hərbi qulluqçusu Azərbaycan Respublikasının müxtəlif ordenvə medalları ilə təltif olunub.

Mərasimdə çıxış edənlər Ali Baş Komandan İlham Əliyevi doğumgünü münasibəti ilə təbrik edərək vurğulayıblar ki, 2 il öncə onunbu günü komando hərbi qulluqçuları ilə birlikdə qeyd etməsi,Azərbaycan Ordusunun şəxsi heyəti arasında böyük ruh yüksəkliyinəsəbəb olub və daima qürur hissi ilə xatırlanır.

Müdafiə nazirinin və Nazirliyin digər rəhbər heyətinintəbrikləri hərbi hissənin şəxsi heyətinə çatdırılıb. SilahlıQüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyialtında Azərbaycan Ordusunun gündən-günə qüdrətlənməsi, döyüşqabiliyyətinin artması qeyd edilərək, Ordumuzun daima ölkəmizinərazi bütövlüyünü qorumağa qadir olduğu vurğulanıb.
Hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu fəxri fərman vəqiymətli hədiyyələrlə təltif olunub.

Bayram tədbiri konsert proqramı və şəxsi heyətin tribuna önündəntəntənəli keçidi ilə başa çatıb.

“N”
“N”
“N”
“N”
“N”
Chosen
164
23
az.trend.az

10Sources