EN

Zelenski: Ukrayna Danimarka və Almaniyada silah satışı nümayəndəlikləri açacaq

Ukrayna 2025-ci il ərzində iki silah satışı nümayəndəliyi açmağı planlaşdırır. Hər iki nümayəndəlik Avropa ölkələrində fəaliyyət göstərəcək.

APA “Ukrinform” agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbəti zamanı bildirib.

Zelenskinin sözlərinə görə, yeni nümayəndəliklər Ukraynada istehsal olunan və xarici tərəfdaşlarla birgə hazırlanmış silahların satışını həyata keçirəcək.

Prezident qeyd edib ki, ölkədə bu silahlardan kifayət qədər ehtiyat var və onların ixracı üçün Avropada sabit bazar yaradılır.

Chosen
55
2
apa.az

3Sources