EN

Onlar üçün icbari tibbi sığortahaqqı azaldılır - Gələn ildən

Gələn il üçün özəl sektorda çalışanların icbari tibbi sığortahaqqını ödəmə qaydasına dəyişiklik edilir.

Bu, “Tibbi sığorta haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən şəxslər üzrə - sığortalı tərəfindən işçinin əməkhaqqının 2500 manatadək olan hissəsindən 2%, 2500 manatdan yuxarı olan hissəsindən 0.5% sığorta haqqı tutulacaq.

Həmçinin sığortaolunan tərəfindən əməkhaqqının 2500 manatadək olan hissəsindən 2%, 2500 manatdan yuxarı olan hissəsindən 0.5% sığorta haqqı tutulacaq.

Hazırda qüvvədə olan qaydaya görə, sığortaolunan və sığortaedənin hər biri üçün əməkhaqqı 8000 manatadək olduqda sığortahaqqı 2%, əməkhaqqı 8000 manatdan çox olduqda isə 0.5% sığortahaqqı tutulur.

Chosen
64
sportinfo.az

1Sources