EN

Heqset Sarı dənizə getdi, Kim Çen In 10 raket buraxdı

Pentaqonun rəhbəri Pit Heqsetin Şimali Koreya və Cənubi Koreya ilə sərhəddəki hərbisizləşdirilmişı zonaya (DMZ) gəlməsindən təxminən bir saat əvvəl Şimali Koreya Sarı dənizə təxminən 10 raket atıb.

Musavat.com xəbər verir ki, məlumatı Yonhap Xəbər Agentliyi Cənubi Koreya hərbi rəsmilərinə istinadən yayıb.

Qeyd edək ki, noyabrın 3-də  Koreya Respublikası və ABŞ müdafiə nazirləri 2017-ci ildən bəri ilk dəfə DMZ-yə birlikdə baş çəkiblər. Raket atışları yerli vaxtla təxminən saat 16:00-da (Bakı vaxtı ilə saat 11:00) qeydə alınıb.

Seul həmçinin qeyd edib ki, Şimali Koreya qüvvələri noyabrın 1-də Gyeongju şəhərində keçirilən Cənubi Koreya-Çin sammiti zamanı da 10 raket atıb. Cənubi Koreya liderinin administrasiyası görüşdən əvvəl Koreya yarımadasının nüvəsizləşdirilməsinin iki ölkə liderləri arasında müzakirə mövzusu ola biləcəyini qeyd edib.

Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Komitəsi bildirib ki, Ordu Şimali Koreyanın hərəkətlərini yaxından izləyir və Koreya Respublikası ilə ABŞ arasında yüksək səviyyədə birgə döyüş hazırlığı saxlayır.

Musavat.com

Chosen
38
musavat.com

1Sources