EN

Serbiyada vaxtından əvvəl parlament seçkiləri keçiriləcək

Serbiyada vaxtından əvvəl parlament seçkiləri keçiriləcək

Serbiya Prezidenti Aleksandar Vuçiç ölkədə vaxtından əvvəl parlament seçkilərinin keçiriləcəyini bəyan edib.

AFN.az-ın xəbərinə görə, o, “Srbija Danas” nəşrinə açıqlamasında bildirib ki, hökumət etirazçılardan gələn tələbləri nəzərə alaraq seçkiləri müddət başa çatmadan keçirməyə hazırdır: “Ölkəmizdə azlıq təşkil edən, amma səslərini çatdıran etirazçıların istəyinə hörmətlə yanaşırıq. Buna görə də seçkilər planlaşdırılandan tez keçiriləcək”.

Vuçiçin sözlərinə görə, seçkilərin dəqiq tarixi hələ müəyyənləşməyib: “Bu barədə qərarı səlahiyyətli qurum verəcək. Xalq isə seçkilərdə hansı siyasəti dəstəklədiyini göstərəcək”.

Xatırladaq ki, Serbiyada 2024-cü ilin noyabrından bəri kütləvi etiraz aksiyaları davam edir. Aksiyalar Novi-Saddakı dəmir yolu vağzalında baş verən və 16 nəfərin ölümünə səbəb olan qəzanın ardından başlayıb. Etirazçılar faciəyə görə hökumətin məsuliyyət daşıdığını deyirlər. Etirazların əsas tələblərindən biri vaxtından əvvəl parlament seçkilərinin keçirilməsidir.

Avqustun ortalarından etibarən etirazlar bir sıra şəhərlərdə polis ilə toqquşmalara çevrilib. Hakim Serbiya Tərəqqi Partiyasının ofislərinə hücumlar da qeydə alınıb.

Chosen
65
afn.az

1Sources