EN

“Braziliya və Hindistandan gətirilən ətlərin keyfiyyətinə ciddi nəzarət lazımdır”

Dabaq xəstəliyi ilə cəmiyyəti qorxuya saldıqdan sonra, ət bazarında qəribə bir dinamika müşahidə olunur. Həmçinin, yerli ət istehsalçıları bahalı yem, süni qiymət artımı və bazar oyunlarının təzyiqi altında yavaş-yavaş sıradan çıxır. Eyni zamanda bazarlar, sosial şəbəkələr və marketlər Braziliya, Monqolustan, Hindistan, Pakistan kimi uzaq ölkələrdən gətirilən ucuz ətlə dolub. Bir tərəfdən “ucuz ət” cəlbedici görünür, digər tərəfdən isə bu proses Azərbaycanın ərzaq təhlükəsizliyinə ciddi zərbə vurur. Əgər biz bu templə davam etsək, sabah milli bazarımızı və kənd təsərrüfatını itirməklə üz-üzə qalacağıq. Dabaq xəstəliyi xarici ətin satılması yolunda bir oyun kimi görünür.

Mövzu, ilə bağlı Tribunainfo.az-a danışan qida üzrə mütəxəssis-ekspert Fərid Səfərov suallarımızı cavablayıb.

— İdxal ətinin bu qədər asanlıqla bazara daxil olmasının səbəbi nədir, süni ət ola bilərmi?

— Qiymət-fərqi: Braziliya, Hindistan, Pakistan və bəzi digər ölkələr dondurulmuş və kütləvi istehsal olunmuş ət məhsullarını çox aşağı maliyyətlə ixrac edirlər. Uzaq məsafəyə görə uzun müddət saxlayib satmaq da mümkündür, bu da yerli təzə ətlə rəqabətə imkan yaradır. “Süni ət” dedikdə, bəzi hallarda aşağı keyfiyyətli və ya saxtalaşdırılmış ət məhsulları, qarışdırılmış, müxtəlif növ ətlərdən və ya donuz/digər qeyri-halal ət nəzərdə tutulur— bu real riskdir.

— Braziliya, Monqolustan, Hindistan kimi ölkələrdən gətirilən ətlərin keyfiyyəti və mənşəyi ilə bağlı risklər mövcuddurmu?

— Heyvan sağlamlığı riski: bəzi ölkələrdə quş qripi, dabaq kimi xəstəliklər yayıla bilir. Buna görə ölkə və müəssisə səviyyəsində sağlamlıq sertifikatları və izləmə tələb olunur. Azərbaycanda da bu mövzuya görə məhdudlaşdırmalar və yoxlamalar tətbiq oluna bilər. Keyfiyyət və halal/etik standartlar: sertifikatlaşdırma və düzgün kəsim mühümdür.

Düzgün saxlama, dondurulma, izlənilmə məsələləri də vacibdir.

— Əgər bu tendensiya davam etsə, 5-10 il sonra yerli ət bazarı və kənd təsərrüfatı hansı vəziyyətdə ola bilər?

— Heç bir müdaxilə yoxsa, yerli fermerlərin gəlirləri azalacaq.

Genetik fondun daralması, emal müəssisələrinin bağlanması və iş yerlərinin kütləvi itirilməsi baş verəcək. Milli ərzaq təhlükəsizliyi zəifləyər, xaricdən asılılıq artar.

Əgər düzgün siyasətlər tətbiq edilərsə: yerli istehsal modernləşər, məhsuldarlıq artar (təhlükəsiz, təzə, halal, yerli brend) ilə sağ qala bilər.

— Dövlət bu vəziyyəti tənzimləmək üçün hansı addımları atmalıdır ki, yerli ət istehsalçıları yenidən güclənsin?

— 1. Sərt yoxlamalar və sertifikatlaşdırma.

2. Məhsulun mənşəyi- kəsiliş, mənşə ölkəsi, emal müəssisəsi, dondurulma tarixi.(Daimi yoxlanış və nəzarət)

3. Riskə əsaslanan gömrük yoxlamaları — yüksək riskli göndəricilərdən gələn konteynerlər üçün laboratoriya analizləri, pozuntular üçün sərt cərimələr.

4. Fermerə subsidiya və yem dəstəyi.

5. İnfrastruktur və modernləşmə.

6. Texniki xidmət və veterinar xidməti gücləndirilməsi — peyvənd, sürətli diaqnostika.

Sağlam qidalanaraq sağlam yaşayın!

Söhbətləşdi: Dəniz Pənahova

Chosen
41
tribunainfo.az

1Sources