EN

Yemək bişirərkən diqqətli olun: ən zərərli və ən davamlı yağlar açıqlandı

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bütün yemək yağları yüksək temperatura eyni dərəcədə davamlı deyil.

E-saglam.az xəbər verir ki, yanlış yağ seçimi bişirmə zamanı orqanizm üçün zərərli birləşmələrin əmələ gəlməsinə səbəb ola bilər.

Ən zərərli yağlar

Yüksək istilikdə parçalanaraq toksik maddələr yaradan və sərbəst radikal əmələ gətirməyə meylli yağlar siyahısında bunlar yer alır: soya yağı, qarğıdalı yağı, kanola (kolza) yağı, günəbaxan yağı və zəfəran yağı.

Bu yağlar hüceyrə zədələnməsi, immun sisteminin zəifləməsi və vaxtından əvvəl qocalma kimi problemlərə yol aça bilər. Xüsusilə soya yağının mayonez, sous, qəlyanaltı və şirniyyat kimi emal olunmuş qidalarda geniş istifadə olunması diqqət çəkir. Mütəxəssislər onun tərkibindəki fitoestrogenin hormonal tarazlığa təsir göstərə biləcəyini bildirirlər.

Yağların təkrar istifadəsi də sağlamlıq üçün təhlükəlidir, çünki bu zaman zəhərli birləşmələrin miqdarı artır.

Ən davamlı və sağlam yağlar

Yüksək istiliyə daha dözümlü sayılan və tərkibi sabit qalan yağlar arasında hind qozu yağı, kərə yağı, təmizlənmiş palma yağı önə çıxır.

Qidalanma mütəxəssisləri bildirirlər ki, soyuq preslənmiş zeytun yağı yalnız aşağı istilikdə istifadə olunmalı, qızartma əvəzinə qaynatma, bişirmə və ya buxarda bişirmə kimi üsullar seçilməlidir.

Qeyd: Bu məlumat maarifləndirici xarakter daşıyır. Qidalanma və bişirmə vərdişlərində dəyişiklik etməzdən əvvəl həkim və ya diyetoloqla məsləhətləşmək tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Chosen
35
e-saglam.az

1Sources