EN

Baş məşqçi oyun zamanı öldü

Serbiya Superliqasının “FK Radniçki 1923” klubunun baş məşqçisi Mladen Jijoviç oyun zamanı vəfat edib.

KONKRET.az xəbər verir ki, baş məşqçinin infarkt keçirdiyi bildirilib.

Serbiya Futbol Federasiyasının açıqlamasına görə, 44 yaşlı mütəxəssis “Mladost Luçani” ilə “FK Radniçki 1923” arasında keçirilən oyunun 22-ci dəqiqəsində qəfil yerə yıxılıb.

Xəstəxanaya aparılan baş məşqçini bütün tibbi müdaxilələrə baxmayaraq həyata qaytarmaq mümkün olmayıb.

Chosen
51
2
konkret.az

3Sources