EN

“Arşın mal alan” Vyanada nümayiş olundu FOTOLAR

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ölkəmizdə və xaricdə müxtəlif tədbirlərlə qeyd edilir. Böyük musiqi xadiminin ölməz əsərləri dünyanın məşhur səhnələrində səsləndirilir, opera və operettaları tamaşaya qoyulur.

Gununsesi.info  xəbər verir ki, Avstriyanın paytaxtı Vyana şəhərindəki “Akzent” Teatrında Üzeyir Hacıbəylinin dünyaşöhrətli “Arşın mal alan” operettasının yeni quruluşda premyerası keçirilib.

Əvvəlcə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Murad Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti dahi bəstəkarın Vyananın Dunay parkında qoyulmuş abidəsini ziyarət edərək önünə çiçək dəstələri qoyub.

Bildirilib ki, vyanalıların ən sevimli məkanlarından olan bu parkda bir sıra xalqların görkəmli şəxsiyyətlərinin abidəsi ucaldılıb. Görkəmli Azərbaycan heykəltaraşı Ömər Eldarovun müəllifi olan abidə 2006-cı ildə qoyulub və musiqisevərlərin, eləcə də soydaşlarımızın tez-tez ziyarət etdiyi məkana çevrilib.

Sonra teatrın foyesində Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş fotosərgi açılıb. Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova çıxış edərək Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətində tutduğu mövqedən danışıb.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov Üzeyir Hacıbəyli irsinin tədqiqi və gələcək nəsillərə ötürülməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirib. Deyib ki, dövlət başçısı tərəfindən bəstəkarın 140 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamın imzalanması da bu diqqətin bariz nümunəsidir.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
8
7
icma.az

10Sources