EN

AYNA-dan 20 Yanvar dairəsindəki yeniliklə bağlı açıqlama

Bakı. Trend:

“20 Yanvar” dairəsində təhlükəsizliyi artırmaq və nizamlılığıtəmin etmək məqsədilə Müzəffər Həsənov, Həsən bəy Zərdabi və RövşənCəfərov küçələrinin sözügedən dairə ilə kəsişmələrində 1.25 - “sarıtor” nişanlanma xətləri təşkil edilib.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindənməlumat (AYNA) verilib.

Bildirilib ki, “Yol hərəkəti haqqında" Qanunun 75-ci maddəsinin2-ci hissəsinin tələbininə əsasən, əgər yolayrıcında, o cümlədənyolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından vəya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu,sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyatvasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün beləyolayrıcına və ya sarı tor nişanlanması ilə işarələnmiş kəsişməyerinə daxil olması qadağandır.

"Bu məqsədlə “sarı tor” çəkilir. “Sarı tor” yolun hərəkəthissələrinin kəsişmə yerini göstərir.
Beləliklə, “sarı kəsişmə torları” yol kəsişməsində nəqliyyatıntıxanmasının qarşısını alır və kəsişməni hər zaman nəqliyyat üçüntəmiz saxlayır", - deyə qurumdan məlumat verilib.

Məqalədə:
Chosen
50
13
az.trend.az

10Sources