EN

Serbiya klubunun baş məşqçisi oyun zamanı dünyasını dəyişdi - Video

style='margin-bottom:10px;'>

Serbiya çempionatının 14-cü turunda keçirilən "Mladost Luçani" - "Radniçki" matçı zamanı faciə yaşanıb.

QOL.az xəbər verir ki, qonaq komandanın baş məşqçisi Mladen Jijoviç oyunda dünyasını dəyişib.

Gün ərzində ürək bulanmasından şikayətlənən Jijoviç matç zamanı da özünü pis hiss edib. Daha sonra 44 yaşlı mütəxəssis qışqıraraq yıxılıb və huşunu itirib. Bu vəziyyətdən oyunçular da narahat olublar. Görüş 41-ci dəqiqədə yarımçıq qalıb.

Baş məşqçi isə huşunu itirdikdən təxminən 20 dəqiqə sonra dünyasını dəyişib.

Bildirilib ki, onun ürəyi dayanıb. Xəstəxanaya aparılan mütəxəssisə müdaxilələr edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Ölümün rəsmi səbəbi isə hələ açıqlanmayıb.

Chosen
54
2
teleqraf.com

5Sources