EN

Növbələr aradan qalxır, vaxt itkisi minimuma enir...

Yazını böyüt
Yazını kiçilt

Bu arayışı da artıq onlayn ala biləcəyik

Gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş məhkumluq haqqında arayışın elektron əldə olunması prosesi tam avtomatlaşdırılıb. Artıq "E-polis" mobil tətbiqində və e-xidmet.mia.gov.az portalında məhkumluq haqqında arayışı elektron qaydada, cəmi bir neçə saniyə ərzində əldə etmək mümkündür.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəllər bu arayışı almaq üçün sənədlərin təqdim edilməsi, yoxlanılması və arayışın hazırlanması müəyyən vaxt tələb etdiyindən vətəndaşlar bir müddət növbədə gözləməli və dövlət orqanına getməli olurdular. Beləliklə, indiyədək təqribən bir günə alınan arayışın real vaxt rejimində və heç bir quruma yaxınlaşmadan alınması mümkündür.

"Yeni imkan sayəsində fiziki növbələr aradan qalxır, vaxt itkisi minimuma enir, xidmətin operativliyi və şəffaflığı artır. Eyni zamanda, dövlət orqanları arasında məlumat mübadiləsi daha da sürətlənir, sənədlərin fiziki daşınmasına və arxivləşdirməyə ehtiyac qalmır. Daxili İşlər Nazirliyi rəqəmsal dövlətə keçidin real nümunələrini yaratmaqda, vətəndaş məmnunluğunu artıran faydalı yenilikləri tətbiq etməkdə davam edir", - məlumatda qeyd edilir.

Chosen
58
hafta.az

1Sources