EN

Türkiyə klubunda baş məşqçi istefası

“Konyaspor” baş məşqçisi Receb Uçarla vidalaşıb.

Msport.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

İdarə Heyəti Uçarla vidalaşmaq barədə qərara gəlib. Tərəflər qarşılıqlı razılıq əsasında yolları ayırıb. Receb Uçarla birgə onun köməkçiləri də “Konyaspor”dan göndərilib. Superliqanın son 4 turunda 3 dəfə uduzan Konya klubu hazırda 14 xalla 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Receb Uçar 2024-cü ildən “Konyaspor”u çalışdırırdı.

Chosen
5
1
msport.az

2Sources