EN

Vuçiç Serbiyada növbədənkənar parlament seçkiləri elan etdi

BAKI, 4 noyabr. TELEQRAF

Serbiya Prezidenti Aleksandar Vuçiç parlament seçkilərini hazırkı parlament müddəti bitməmiş keçirməyə hazır olduğunu bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə “Srbija Danas” məlumat yayıb.

“Ölkəmizdə əhəmiyyətli azlığı təmsil edən etirazçıların tələblərinə hörmət edərək, onları yarı yolda qarşılayacağıq və seçkilər vaxtından əvvəl keçiriləcək”, - prezident bildirib.

Vuçiçin sözlərinə görə, dəqiq tarix daha sonra müəyyənləşəcək: “Nə vaxt? Səlahiyyətli orqan qərar verəcək. Xalq isə seçkilərdə hansı siyasəti dəstəklədiyini göstərəcək”.

Serbiyada 2024-cü ilin noyabrından Novi Sad qatar stansiyasında tavanın uçması və 16 nəfərin ölümündən sonra etirazlar davam edir. Etirazçılar faciəyə görə ölkə hakimiyyətini günahlandırırlar. Onların tələblərindən biri növbədənkənar parlament seçkilərinin keçirilməsidir. Avqustun ortalarında etirazlar polislə müntəzəm toqquşmalara çevrilib. Bir sıra şəhərlərdə hökumətin əleyhdarları hakim Serb İnkişaf Partiyasının ofislərini yandırıblar.

Chosen
54
teleqraf.com

1Sources