EN

FHN Ağdaşda kompleks mülki müdafiə təlimi keçirib

“Azərbaycan Respublikasının 2025 -cü il üçün Mülki müdafiə tədbirləri planı” na əsasən Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin rəhbərliyi ilə Ağdaş rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, təlimdə Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin rəisi polkovnik-leytenant Ramin Orucov, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, FHN-in aidiyyəti qurumlarının nümayəndələri, Rayon Fövqəladə Hallar Komissiyası (FHK), İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, rayonun mülki müdafiə xidmətləri, həmçinin Aran Regional Mərkəzinin əhatə etdiyi rayon icra hakimiyyətinin nümayəndələri,ərazi və obyekt mülki müdafiə dəstələri, digər aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər iştirak ediblər.

Kompleks mülki madafiə təlimi şərti olaraq Ağdaş rayonunun ərazsində yaradılmış şərait üzrə üç mərhələdə təşkil olunub.

Təlimin keçirilməsində məqsəd dislokasiya ərazisində mülki müdafiə planlarının reallığının yoxlanılması, mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar komissiyalarının, rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələr zamanı fəaliyyət üzrə bilik və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin olunması, ehtimal olunan fövqəladə hadisələr zamanı mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin yüksək hazırlıq rejiminə gətirilməsi olub.
Təlim zamanı rayonun mülki müdafiə qüvvələri fövqəladə hadisənin baş verməsi barədə rayon rəhbərliyinin, FHK-nın və mülki müdafiə idarəetmə orqanlarının xəbərdar edilməsi, rayonun mülki müdafiə idarəetmə orqanlarının, mülki müdafiə xidmətlərinin və ərazi üzrə mülki müdafiə qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsi, şəxsi heyətin “xəbərdarlıq toplanış” siqnalı üzrə fəaliyyəti, ərazinin kəşfiyyatının aparılması, məlumatların toplanması və təhlilinin aparılması, görüləcək qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həcminin müəyyən edilməsi və təşkili işləri yerinə yetirilib.

Təlimin gedişində rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti uğurla təşkil edilib və qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Kompleks təlimə Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdaş rayon Yanğından Mühafizə Dəstəsinin, şəhərin aidiyyəti qurumlarının, hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin ümumilikdə 208 nəfərdən ibarət şəxsi heyəti və 64 ədəd texnikası cəlb edilib,o cümlədən Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzindən 80 nəfər şəxsi heyət ,6 ədəd texnika iştiraak edib.

Chosen
23
16
apa.az

10Sources