EN

Komitə sədri: Uşaqların zərərli informasiyalardan qorunması istiqamətində işlər davam edir

BAKI, 4 noyabr. TELEQRAF

Uşaqların zərərli informasiyalardan qorunması ilə bağlı qanuna dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Ailə, qadın və uşaq məsələləri Azərbaycan qanunvericiliyində” adlı keçirilən mətbuat konfransında bildirib.

O bildirib ki, uşaqların zərərli informasiyalardan qorunması istiqamətində effektiv mexanizmlərin formalaşdırılması üçün işlər davam etdirilir.

“Bu baxımdan 2018-ci ildə qəbul olunan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanuna ciddi dəyişikliklərin edilməsi zərurəti var idi. Uşaqların ola biləcəyi yerlərdə, televiziya və radio məkanında yayımlanan informasiya məhsullarının zərərli məzmundan qorunması məqsədilə müvafiq tələblər müəyyən edilib. Bununla yanaşı, aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət Ekspert Şurası formalaşdırılıb. Qanuna əsasən, informasiya məhsullarının 6-, 6+, 12+, 16+ və 18+ kateqoriyaları üzrə yaş təsnifatı da müəyyənləşdirilib”, - Komitə sədri əlavə edib.

Chosen
74
2
teleqraf.com

3Sources