EN

Peru Meksika ilə diplomatik əlaqələri kəsib » AzadMedia.az


Peru hökuməti çevriliş təşkil etməkdə ittiham olunan keçmiş baş nazir Betsi Çavesin Limadakı səfirliyinə sığınması səbəbindən Meksika ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib.

Bu barədə Perunun xarici işlər naziri Huqo de Sela bildirib.

"Keçmiş prezident Pedro Kastilonun dövlət çevrilişinə cəhddə əli olduğu iddia edilən keçmiş baş nazir Betsi Çavesin Meksikanın Perudakı səfirinin iqamətgahından sığınacaq alması bizi təəccübləndirdi və dərindən kədərləndirdi. Bu qeyri-dost hərəkəti və Meksikanın indiki və keçmiş prezidentlərinin dəfələrlə ölkənin daxili işlərinə qarışmasını nəzərə alaraq, Peru hökuməti Meksika ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib", - xarici işlər naziri mətbuat konfransında bildirib.
Chosen
22
2
azadmedia.az

6Sources