Dünya bazarlarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti bir qədər artıb.
Far.Az xəbər verir ki, 1 barel "Azeri Light" neftinin qiyməti 0,56 dollar və ya 0,85 faiz yüksələrək 66,43 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Ötən gün bu göstərici 65,87 dollar olub.
Qeyd edək ki, 2025-ci il dövlət büdcəsində Azərbaycan neftinin bir bareli üçün orta qiymət 70 ABŞ dolları məbləğində nəzərdə tutulub.