EN

Regionlarda uşaq sığınacaq mərkəzlərinin sayının artırılmasına ehtiyac var - Bahar Muradova

akı.Trend:

Uşaqların sığınacaqlara yerləşdirilməsi yalnız sonuncu variantolmalıdır.

Trend xəbərverir ki, bu fikirləri bu gün “Ailə, qadın və uşaq məsələləriAzərbaycan qanunvericiliyində” adlı mətbuat konfransında Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri BaharMuradova deyib.

O bildirib ki, dünyaya uşaq gətirmək böyük məsuliyyətdir.

“Biz istəyirik ki, heç bir uşaq ailəsindən ayrı düşməsin.Valideynlər unutmamalıdırlar ki, dünyaya uşaq gətirmək çox böyükməsuliyyətdir. Bu, bir insanın taleyinə və gələcəyinə birbaşa təsiredən addımdır. Əgər ailə müəyyən çətinliklərlə üzləşirsə, uşağıtərk etmək, küçəyə atmaq və ya məsuliyyətdən qaçmaq çıxış yoludeyil”, - deyə Komitə sədri qeyd edib.

Bahar Muradova vurğulayıb ki, regionlarda uşaq sığınacaqmərkəzlərinin sayının artırılmasına və şəraitininyaxşılaşdırılmasına ehtiyac var.

“Bu məqsədlə müvafiq təkliflər artıq əlaqədar qurumlara təqdimolunub. Lakin onların reallaşdırılması müəyyən maliyyə vəsaititələb edir. Əsas məqsədimiz odur ki, uşaqların rifahı,təhlükəsizliyi və sağlamlığı daim diqqət mərkəzində saxlanılsın.Biz də bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”, - deyə oəlavə edib.

Chosen
45
az.trend.az

1Sources