EN

Gələn ilin dövlət büdcəsindən Milli Məclisə ayrılan vəsait artırılıb

Gələn il dövlət büdcəsindən Milli Məclisə 52,07 milyon manat vəsait ayrılacaq.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Bu, 2025-ci illə müqayisədə 546 min manat və ya 1,1 faiz artım deməkdir. 2025-ci ildə dövlət büdcəsindən Milli Məclisə 51,53 milyon manat ayrılıb.

Xərclərin əsas hissəsi əməyin ödənişinə yönəldiləcək. Belə ki, 2026-cı ildə Milli Məclis üzrə əməyin ödənişi xərcləri 39,51 milyon manat, o cümlədən əməkhaqqı xərcləri 31,75 milyon manat təşkil edəcək.

Qeyd edək ki, 2024-cü ildə parlamentin saxlanılması xərcləri 49,22 milyon manat olub.

Chosen
23
11
apa.az

10Sources