EN

Füzuli Teatrında peşəkar teatr dərsləri

Bakı, 4 noyabr, AZƏRTAC

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Qarabağda “Mədəniyyət rüzgarı” tədbirlər silsiləsi keçirilib.

MEMİM-dən AZƏRTAC-a bildirilib ki, “Regionlarda peşəkar teatr dərsləri” layihəsi çərçivəsində Füzuli Dövlət Dram Teatrında ustad dərsləri təşkil olunub.

Müasir yaradıcı yanaşmaları əks etdirən ustad dərsləri rejissor-aktyor Ceyhun Dadaşov və MEMİM-in əməkdaşı, teatrşünas Dağlar Yusifin iştirakı ilə gerçəkləşib. Ustad dərsləri teatr kollektivinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, aktiv yaradıcı mühitin formalaşdırılması məqsədilə reallaşıb.

 

 

Chosen
33
4
azertag.az

8Sources