EN

“Neftçi” bu ulduz futbolçunu da transfer edir? – DƏQİQLƏŞDİ!

Vensan Abubakarın “Neftçi”yə keçdinin ardından komandanın daha bir ulduz futbolçu ilə maraqlandığı iddia edilir.

Belə ki, son günlərdə mətbuatda “Fənərbağça”nın hücumçusu Cenk Tosunun “ağ-qaralar”ın maraq dairəsində olduğu yazılıb. İddia edilir ki, “flaqman” türkiyəli hücumçu ilə danışıq aparır.

Ancaq əldə etdiyimiz məlumata görə, yazılanlar həqiqətə uyğun deyil. “Neftçi”nin Tosunla bağlı heç bir planı yoxdu. 

Rəhbərlik həmin mövqeyə futbolçu axtarışında deyil. 

Xatırladaq ki, 34 yaşlı forvard cari mövsüm 5 oyunda forma geyinib və qol vurmayıb. O, rəhbərlik tərəfindən əvəzedici heyətə göndərilib.

İdmanxeber.az

Chosen
51
1
idmanxeber.az

2Sources