Bakı. Trend:
2026-cı ilin dövlət büdcəsində VII çağırış Milli Məclisindeputatlarının təmsil etdikləri siyasi partiyaların fəaliyyətininmaliyyələşdirilməsi üçün 6 000 000 manat vəsaitnəzərdə tutulur.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında”qanun layihəsində öz əksini tapıb.
2025-ci illə müqayisədə yaradıcı ittifaqlar, cəmiyyətlər, siyasipartiyalar, diaspor və dini tədbirlərlə bağlı xərclər 800000 manat və ya 3,5 % artımlaproqnozlaşdırılır.