BAKI, 4 noyabr. TELEQRAF
Xaçmaz şəhərində “Opel” markalı minik avtomobilinin idarəetmə lövhəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.