EN

Gələn il bu məqsədlər üçün AYNA-ya 40 milyon manat ayrılacaq

Bakı. Trend:

2026-cı ilin dövlət büdcəsində bəzi xərclərin qarşılanması üçünAYNA-ya ayrılacaq vəsaitin miqdarı məlum olub.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında”qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, 2026-cı ilin dövlət büdcəsində “AzərbaycanYerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsə (AYNA) avtomobilnəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkili, beynəlxalqsərnişin və yük daşımalarını tənzimləyən icazə sisteminin tətbiqi,yeni yol nişanlarının quraşdırılması və mövcud yol nişanlarınınbərpası, yol hərəkətinin və piyada-yol infrastrukturunun təşkiliüçün 40 000 000 manat vəsaitproqnozlaşdırılır.

Chosen
44
4
az.trend.az

5Sources