EN

Kənd məktəblərində çalışan gənc müəllimlərə 20,1 milyon manatlıq dəstək ayrılacaq

Bakı. Trend:

Pedaqoji profilli ali və orta ixtisas təhsil müəssisələrinibitirmiş 9,9 min nəfərdən çox gənc mütəxəssisin kənd rayonlarındayerləşən ümumtəhsil müəssisələrinə işə cəlb olunmalarınınstimullaşdırılması məqsədilə onların yol, əmlakın daşınması üçünnəqliyyat, ilkin yaşayış şəraitinin yaradılması, kommunalxidmətləri və yaşayış yerinin kirayə haqqı üzrə verilənkompensasiyanın və aylıq əməkhaqqına əlavənin ödənilməsi üçün 20,1milyon manat ayrılacaq.

Trend-in məlumatına görə, bu məsələ MilliMəclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsininbugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksinitapıb.

Qeyd edək ki, növbəti il üzrə təhsil xərclərinə 5015,9 milyonmanat vəsait proqnozlaşdırılır ki, bu da 2025- ci illə müqayisədə78,6 milyon manat və ya 1,6 faiz, 2024-cü ilin icrası iləmüqayisədə isə 625,8 milyon manat və ya 14,3 faiz çoxdur.

Məqalədə:
Chosen
16
1
az.trend.az

2Sources