EN

Kimlərdə görmə itkisi riski daha çoxdur?-Yeni tədqiqat

Yeni tədqiqat göstərib ki, idiopatik kəllədaxili hipertenziya (yəni səbəbsiz yüksək beyin təzyiqi) olan bəzi insanlarda görmə itkisi riski digərlərindən daha yüksəkdir. Bu vəziyyət, xüsusilə gənc və artıq çəkili qadınlarda daha çox rast gəlinir.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, Cənubi Danimarka Universitetinin alimlərinin apardığı və 29 oktyabr 2025-ci ildə “Neurology” jurnalında dərc olunan araşdırmaya 154 nəfər cəlb edilib. İştirakçıların əksəriyyətində optik diskin şişməsi – papillödem müşahidə olunub. Nəticələrə görə, iştirakçıların 69 faizində görmədə kor ləkələr (skotomalar), 26 faizində isə görmə kəskinliyində azalma olub. Müalicədən sonra belə, pasientlərin yarısında görmə problemləri davam edib, 13%-də isə görmə kəskinliyi tam bərpa olunmayıb.

Araşdırma göstərib ki, görmə itkisinə iki əsas mexanizm səbəb olur: Optik sinir liflərinin zədələnməsi – bu, daha çox periferik (yan) görmə itkisinə gətirib çıxarır. Tor qişanın mərkəzi hissəsində zədələnmə – bu zaman görmə kəskinliyi azalır və tam bərpa olunmur.

Tədqiqatçılar həkimlərə kimin daha çox risk altında olduğunu müəyyənləşdirmək üçün yeni qiymətləndirmə sistemi hazırlayıblar. Bu sistemdə papillödemin şiddəti və tor qişa təbəqələrinin struktur dəyişiklikləri əsas göstəricilər sayılır.

Mütəxəssislər vurğulayırlar ki, yüksək beyin təzyiqi vaxtında aşkar edilərək müalicə olunmazsa, davamlı görmə itkisi ilə nəticələnə bilər.

AzPost.az

Chosen
11
6
azpost.info

7Sources