EN

Partiyalara ayrılacaq pulun məbləği bilindi - RƏSMİ

2026-cı ilin dövlət büdcəsində VII çağırış Milli Məclisin deputatlarının təmsil etdikləri siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 6 000 000 manat vəsait nəzərdə tutulur.

Day.Az xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

2025-ci illə müqayisədə yaradıcı ittifaqlar, cəmiyyətlər, siyasi partiyalar, diaspor və dini tədbirlərlə bağlı xərclər 800 000 manat və ya 3,5 % artımla proqnozlaşdırılır.

Chosen
6
5
day.az

6Sources