EN

Maduro vətəndaşları ABŞ-yə qarşı birliyə çağırıb

Venesuela Prezidenti Nikolas Maduro ictimaiyyəti ABŞ-nin Karib dənizi regionuna hərbi müdaxiləsi təhlükəsi qarşısında birləşməyə çağırıb.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, bu çağırışı Maduro televiziya proqramında cari hadisələri şərh edərkən edib.

"Biz hammımız ABŞ-nin bu haqsız mövqeyinə qarşı səssiz qalmayaraq mübarizə aparmalıyıq",-Maduro bildirib.

Qeyd edək ki, o, Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türkə müraciət edərək onların da dəstəyini istəyib.

İlahə Qənbərli

Missiya.Az

Chosen
59
1
missiya.az

2Sources