EN

Gələn il bu sahələrin maliyyələşdirilməsinə 631,6 milyon manat vəsait ayrılacaq

Bakı.Trend:

2026-cı ilin dövlət büdcəsinin layihəsində mədəniyyət,incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və buqəbildən olan digər fəaliyyət sahələrinin maliyyələşdirilməsinə631,6 milyon manat vəsait proqnozlaşdırılıb.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında”qanun layihəsində öz əksini tapıb.

Qeyd edilib ki, bu da 2025-ci illə müqayisədə 9,9 milyon manatvə ya 1,6 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 134,7 milyonmanat və ya 27,1 faiz çoxdur.

2022-ci illə müqayisədə 2026-cı ildə bu xərclərin dövlət büdcəsixərclərinin tərkibində xüsusi çəkisi 0,2 faiz-bəndi, mütləq ifadədəisə 227,0 milyon manat və ya 1,6 dəfə artmışdır. Həmin vəsaitin240,7 milyon manatı və ya 38,1 faizi mədəniyyət və incəsənətsahəsində fəaliyyət (kitabxanalar, muzeylər, qoruqlar, sarayları,evləri, mədəniyyət mərkəzləri, teatrlar, musiqi kollektivlərininsaxlanılmasının maliyyə təminatına) xərclərinə, 78,7 milyon manatıvə ya 12,5 faizi televiziya, radio və nəşriyyat xərclərinə, 50,1milyon manatı və ya 7,9 faizi bədən tərbiyəsi və gənclər siyasətitədbirlərinin maliyyələşdirilməsinə, 22,8 milyon manatı və ya 3,6faizi yaradıcı ittifaqlar, cəmiyyətlər və dini tədbirlərlə bağlıdigər xərclərin, 239,3 milyon manatı və ya 37,9 faizi bu sahələrdədigər müəssisə və tədbirlərlə bağlı xərclərin maliyyələşdirilməsinəyönəldiləcəkdir

Chosen
25
1
az.trend.az

2Sources