EN

FİFA "Sabah"ın sabiq futbolçusunun cəzasını qüvvədə saxladı

FİFA Apellyasiya Komitəsi Malayziya yığmasının yeddi futbolçusuna tətbiq olunan cəzanı qüvvədə saxlayıb.

Publika.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib.

FİFA daha əvvəl həmin futbolçuları sənədlərin saxtalaşdırılmasına görə 12 aylıq diskvalifikasiya etmişdi. Cəzalandırılanlar arasında “Alaves”in müdafiəçisi Fakundo Qarses də var. Digər futbolçular Qabriel Felipe, Rodriqo Olqado, İmanol Maçuka, Joau Fiqeyredu, Con İrasabal və Ektor Alejandro Xevel Serranodur.

Bildirilir ki, Malayziya Futbol Assosiasiyası bu oyunçuların 10 iyun tarixində Asiya Kubokunun 3-cü təsnifat mərhələsində Vyetnama qarşı oynaması üçün FİFA-ya təqdim etdiyi sənədləri saxtalaşdırıb.

Apellyasiyanın rədd edilməsindən sonra hər futbolçu təxminən 2,1 min avro məbləğində cərimə ödəməli olacaq. Malayziya Futbol Assosiasiyasına isə 374 min avro cərimə kəsilib.

Chosen
51
publika.az

1Sources