EN

Azərbaycanda gələn il inflyasiya azalacaq

Bakı. Trend:

Azərbaycan hökuməti bu il orta illik inflyasiyanın 5,4 faiz,2026-cı ildə isə 4,8 faiz olacağını gözləyir.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunanAzərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinəAzərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksinitapıb.

Sənədə əsasən, bu il üzrə ölkədən 22,9 milyard ABŞ dollarıdəyərində, gələn il üzrə isə 20,7 milyard ABŞ dolları dəyərindəmalların ixracı gözlənilir. Eyni zamanda bu il üzrə 3,7 milyarddollarlıq, 2026-cı il üzrə isə 4,2 milyard dollarlıq qeyri-neft-qazixracı proqnozlaşdırılır.

Bundan başqa, bu il Azərbaycana 17,4 milyard ABŞ dollarıhəcmində, gələn il üzrə isə 17,8 milyard dəyərində idxaləməliyyatlarının həyata keçiriləcəyi gözlənilir.

Məqalədə:
Chosen
41
5
az.trend.az

6Sources