EN

Gürcüstan və Ermənistan arasında diplomatik qalmaqal yaranıb

Tbilisi “Avronest” qətnaməsini dəstəkləyən erməni deputatları tənqid edib...

Poliqon xəbər verir ki, Gürcüstan hakimiyyəti Ermənistan parlamentinin bir qrup deputatının “Avronest” Parlament Assambleyasının Gürcüstandakı “demokratiyanın tənəzzülü” barədə qətnaməsini dəstəkləməsinə sərt reaksiya verib. Sənəd oktyabrın 31-də dərc olunub və Tbilisidə siyasi narazılığa səbəb olub.

Gürcüstan parlamentinin vitse-spikeri Nino Tsilosani bəyan edib ki, sözügedən qətnamə məzmundan məhrumdur və onu dəstəkləyən erməni deputatlar öz baş nazirlərinə qarşı etimadsızlıq ifadə ediblər.

Ermənistanın baş naziri Gürcüstana rəsmi səfər edib, qanuni seçilmiş hökumətlə görüşlər keçirib. İndi isə həmin deputatlar elə bir sənədi dəstəkləyirlər ki, orada Gürcüstan hakimiyyətinin qeyri-legitim olduğu iddia edilir. Bu, açıq-aşkar şəkildə onların öz hökumətinin mövqeyinə ziddir və göstərir ki, bu qətnamənin məqsədi Gürcüstana zərbə vurmaqdan başqa bir şey deyil”, deyə Tsilosani vurğulayıb.

Siyasi müşahidəçilər qeyd edirlər ki, bu hadisə Tbilisi və İrəvan arasında münasibətlərdə yeni gərginlik mərhələsinin başlanğıcı ola bilər.

Poliqon.info

Chosen
74
poliqon.info

1Sources