EN

Finlərin yarısı Ukrayna müharibəsinin Avropaya yayılmasından ehtiyat edir

NATO-ya inam ABŞ-ın dəstəyindən sonra bərpa olunub...

Poliqon xəbər verir ki, Bloomberg Agentliyinin məlumatına görə, Finlandiyada əhalinin təxminən yarısı Ukraynada davam edən müharibənin yaxın gələcəkdə daha genişmiqyaslı Avropa münaqişəsinə çevriləcəyindən narahatdır. Eyni zamanda, sorğuda iştirak edənlərin təxminən üçdə biri bu ehtimalla razılaşmadığını bildirib.

Fin Biznes və Siyasət Forumu (EVA) tərəfindən aparılan sorğu göstərib ki, finlər arasında NATO-nun təhlükəsizlik zəmanətlərinə olan etimad son bir il ərzində artıb. Bu artım xüsusilə ABŞ-ın alyansa sadiqliyini bir daha təsdiqləməsindən sonra müşahidə olunur.

Sorğunun nəticələrinə görə, hazırda respondentlərin 38 faizi NATO-nun kollektiv müdafiə mexanizminin çəkindirici təsirinə inanır. Müqayisə üçün qeyd olunur ki, bu göstərici yazda 32 faizə enmişdi. Həmin dövrdə ABŞ prezidenti Donald Tramp alyansın öhdəliklərini şübhə altına alaraq, Vaşinqtonun bütün müttəfiqləri “şərtsiz müdafiə etməyəcəyini” bəyan etmişdi.

Ekspertlər hesab edirlər ki, Finlandiyada təhlükəsizliklə bağlı ictimai rəyin möhkəmlənməsi ölkənin NATO-ya tam inteqrasiyası və Şimali Avropada artan gərginlik fonunda xüsusilə əhəmiyyətlidir.

Poliqon.info

Chosen
28
poliqon.info

1Sources