EN

Ərdoğan Ermənistana dəvət edildi

BAKI, 4 noyabr. TELEQRAF

“Ermənistan-Türkiyə münasibətləri doğru istiqamətdədir”.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması, diplomatik əlaqələrin qurulması və sərhədin açılması zaman məsələsidir:

“Mənim qiymətləndirməmə görə, Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi, diplomatik əlaqələrin qurulması və sərhədin açılması sadəcə zaman məsələsidir. Burada məsələ yalnız bu yolu hansı sürətlə keçəcəyimizlə bağlıdır. Qeyd etməliyik ki, bu prosesə yalnız hər iki ölkədəki siyasi iradə deyil, həm də müəyyən cazibə amilləri təsir göstərir”.

Baş nazir əlavə edib ki, son dövrlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla tez-tez görüşür və son səfəri zamanı Ərdoğanı 2026-cı ilin mayında Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyi sammitinə rəsmi olaraq dəvət edib:

“Ərdoğanın səfər ehtimalını şərh etməyim doğru olmaz. Sadəcə deyə bilərəm ki, onu rəsmi olaraq dəvət etmişəm və ümid edirəm ki, bu dəvət qəbul ediləcək”.

Chosen
22
teleqraf.com

1Sources